Xərçəng diaqnozundan sonra ilk dəfə görüldü - Video

xerceng-diaqnozundan-sonra-ilk-defe-goruldu
Oxunma sayı: 2747

Böyük Britaniya kralı III Çarlz xərçəng diaqnozu açıqlandıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, Londonun mərkəzindəki “Clarence House”da oğlu Harri ilə görüşüb.

Daha sonra Bukinqem Sarayına qədər qısa bir məsafəlik yoldan maşınla keçən Çarlz gülümsəyib və yoldan ötənlərlə salamlaşıb.

Kralın həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə müalicəyə başlamaq üçün helikopterlə İngiltərənin şərqindəki Sandrinqham malikanəsinə getdiyi bildirilib.