Xərçəngdən əziyyət çəkən Keyt Middltonun - Son halı

xercengden-eziyyet-ceken-keyt-middltonun
Oxunma sayı: 14123

Uels şahzadəsi, 42 yaşlı Keyt Middlton Uimbldon tennis turnirinin final matçını izləyib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən şahzadə VIP sektorda görüntülənib.

Stadion Middltonu ayaqüstə alqışlarla salamlayıb.

Lakin onun hədsiz arıqlaması fanatları narahat edib. Sosial şəbəkələrdə güman edilir ki, Keytə kimyaterapiya kursu təsir edir. Buna baxmayaraq şahzadənin xoş əhvalı onun onkoloji xəstəlikdən müalicəsinin uğurlu olacağına ümid verir.

Xatırladaq ki, uzun müddətdir ictimaiyyət arasında görünməyən Keyt Middltonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi. Bir müddət əvvəl həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu.