Ötən gün dünyasını dəyişən məşhur kino və teatr aktyoru Aytaç Armanla vida mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, “Yeşilçam” ulduzu ilə son görüş Beyoğlu Atlas Sinemasında reallaşıb.
Tədbirdə Kadir İnanır, Mahsun Kırmızıgül, Nuri Alço, Ercan Kesal, Halil Ergün kimi tanınmış simalar da iştirak edib.
Armanın nəşi sabah Adana Kabasakal Məzarlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, xərçəngdən əziyyət çəkən məşhur aktyor müalicə aldığı Maltəpə İstanbul Onkologiya Xəstəxanasında vəfat edib.










Son xəbərlər
Son Xəbərlər