“Qafqazinfo”ya müraciət edən Turalın əmisi Vəlixan Qasımov bildirib ki, Turalın ölümünün ildönümünün keçirilməsi ilə bağlı müraciətlərinə müsbət cavab verən yoxdur:
“Biz istəyirik Turalın il mərasimi Azərbaycan Ordusuna layiq səviyyədə keçirilsin. Bunun üçün Xətai Rayon İcra Hakimiyyətinə, Xətai rayonu Hərbi Komissarlığına və Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərova müraciət etdik. Rövşən Əkbərov bu işin onun səlahiyyətində olmadığını bildirdi. Digər qurumlar da bu işə laqeyd münasibət göstərirlər”.
Qeyd edək ki, 2012-ci ilin oktyabr ayından Tovuzdakı N saylı hərbi hissədə xidmət edən Tural Qasımov qan xərçəngindən ötən il iyunun 22-də vəfat edib.
Son xəbərlər
Son Xəbərlər