Xərçəngdən ölən Neslicana Bodrumda heykəl qoyuldu - Fotolar

xercengden-olen-neslicana-bodrumda-heykel-qoyuldu
Oxunma sayı: 3203

Xərçəng xəstəliyi səbəbindən 20 yaşında dünyasını dəyişən Neslican Taya Bodrumda heykəl qoyulub.

“Qafqazinfo” Türkiyə mediasına isitnadən xəbər verir ki, şişdən dolayı sol ayağını itirən və 4 dəfə xərçənglə mübarizə aparan Neslican 2 ay əvvəl dünyasını dəyişib. Mübarizəsi ilə çox insana ümid verən qızın ölümü Türkiyəni yasa boğmuşdu. Bodrumda yaşayan memarlar – Mustafa, Kadir və Mehmet qardaşları Tayın xatirəsini əbədiləşdirmək üçün poladdan heykəlini hazırlayıblar.

Abidə Bodrum bələdiyyəsinə bağışlanıb. Heykəl bələdiyyə idarəsinin bağçasına yerləşdirilib.