Türkiyənin gənc sahibkarlarından olan Emir Dino Günel holland sevgilisi xərçəng xəstəliyinə qalib gəlincə dünya səyahətinə çıxmaq qərarını alıb.
“Qafqazinfo” xəbər verir ki, evlərindəki əşyaları satan cütlük təqribən 5 min manatla yola düzəlib. İlk biletlərini isə Banqkoka alıblar. Cütlük ötən ildən bu yana 4 qitədə 14 ölkə gəzib. Emir Dino mediaya açıqlamasında gedəcəkləri ölkələrlə bağlı standart bir planlarının olmadığını söyləyib:
“Son dəqiqələrdə gedəcəyimiz ölkəni dəyişə bilərik. Bundan sonrakı həyatımızı gözəl yaşamaq istəyirik. Getdiyimiz heç bir yerdə bir aydan çox qalmırıq. Hər gün fərqli həyat yaşayırıq. Səyahət etmək bir insanın özünə edəcəyi ən böyük sərmayedir”.
Cütlük getdikləri ölkələrdə hazırladıqları videoları yutub kanallarında və instaqram səhifələrində paylaşır.
Günel Hacı






Son xəbərlər
Son Xəbərlər