Sakit okeanda başlanan macəra dolu səyahətləri zamanı maraqlı anlar yaşayan cütlük birlikdə bütün çətinliklərin öhdəsindən gəldiklərini və bu halın onlara ayrı bir zövq verdiyini bildirib. Molli instaqram səhifəsində yaşadıqlarının gerçək olduğuna hələ də inana bilmədiyini yazıb: “3 il əvvəl xərçəng xəstəsi olduğumu və Nyu-Yorkda həkim-həkim gəzib xəstəliyimə çarə axtardığımı fikirləşmək qəribə gəlir. Keçmişimi və bu an olduğum yeri müqayisə etdiyim zaman hər şeyin mümkün olduğuna və nə vaxtsa xəyalların gerçəyə çevriləcəyinə əmin oluram. Bilirəm ki, həyat çətinlikləri sonradan zirvəni daha mənalı edir”.

Dənizlərin altını, antik abidələri, keçilməz meşəlikləri, bir sözlə, dünyanı qarış-qarış gəzən cütlük görüşdükləri insanlarla mehriban təmasda olur, bəzən onlara kömək etməyi də əsirgəmir.
Ryanın fikrincə, çox insan özünü tapmaq üçün səfərə çıxır: “Səyahətimizdə ən çox xoşumuza gələn yeni şeylər öyrənmək və həyatın necə inkişaf etdiyini izləməkdir. Həm özünüzü, həm də qarşınızdakı insanı həqiqətən daha yaxından tanımağa başlayırsınız və həyata, eşqə bir də xoşbəxtliyə qarşı sizdə yeni bir baxış yaranır”.
Son olaraq cütlük sevgini belə izah edib: “Sevgi başqa bir insanı olduğu kimi qəbul edib onun qiymətini bilməkdir. Tam dürüst şəkildə aranızdakı divarları qaldırıb qarşınızdakı insanın sizi hər halınızla görməsinə icazə vermək və şəfqət duyğusunu hiss etdirmək lazımdır. Nəticədə özünüzü daha etibarlı hiss edirsiniz. Sevgilinizlə etdiyiniz səyahət bütün sirlərə son qoyub sizi ona olduğunuz kimi təqdim edir. Xarakterinizə tam şahid olan biri sizi hər halınızla sevməyə başlayır: yaxşı, pis, gözəl, çirkin...”
Səyahətlərindən məmnun olan Molli “ağlımı itirdim, ancaq qəlbimi tapdım” deyib.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər