Xərçəngə qalib gələn futbolçu meydana çıxdı - Video

xercenge-qalib-gelen-futbolcu-meydana-cixdi
Oxunma sayı: 1612

Hollandiya Kubokunda keçirilən “Ajaks”- “Ekselsior" qarşılaşmasının son dəqiqələrində sümük xərçənginə qalib gələn qonaq komandanın oyunçusu Devin Plank meydana daxil olub.

“Qafqazinfo” xəbər verir ki, 20 yaşlı futbolçu üçün hər iki komandanın futbolçuları alqış dəhlizi düzəldib. 

Xatırladaq ki, Devin Plankda 9 ay öncə xərçəng aşkarlanıb.