Hollandiya Kubokunda keçirilən “Ajaks”- “Ekselsior" qarşılaşmasının son dəqiqələrində sümük xərçənginə qalib gələn qonaq komandanın oyunçusu Devin Plank meydana daxil olub.
“Qafqazinfo” xəbər verir ki, 20 yaşlı futbolçu üçün hər iki komandanın futbolçuları alqış dəhlizi düzəldib.
Xatırladaq ki, Devin Plankda 9 ay öncə xərçəng aşkarlanıb.