Xərçəngə qalib gələn insanlar daha çox bu xəstəliklərdən ölür

xercenge-qalib-gelen-insanlar-daha-cox-bu-xesteliklerden-olur
Oxunma sayı: 3923

Xərçəng xəstəliyinə qalib gələn insanlar sonradan ürək-damar xəstəliklərindən ölürlər. Onların sayı bu xəstəlikdən ölən digər insanlarla müqayisədə daha çoxdur. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “European Heart Journal” jurnalı yazıb.

ABŞ-ın Pensilvaniya ştatının tibbi kollecinin mütəxəssisləri 40 il ərzində üç milyondan çox pasiyentin vəziyyətindəki dəyişiklikləri izləyib. Onlar məlum edib ki, xərçəngə qalib gələn pasiyentlər xərçəng diaqnozu olmayanlarla müqayisədə daha çox insult, ürək xəstəlikləri və onlarla bağlı olan ürək-damar patalogiyasından dünyalarını dəyişirlər.

Həkimlərin sözlərinə görə, hesab etmək olar ki, xərçəng diaqnozu olan pasiyentlərin ürəklərinə kimyaterapiya zamanı istifadə olunan dərmənlar zərər vurur.