Çikaqo Universitetinin (University of Chicago) alimləri xərçəngə qarşı yeni immunopreparat hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, elmi təcrübələri yerinə yetirən və məqalənin birinci müəllifi həmyerlimiz, hazırda Çikaqo Universitetinin molekulyar mühəndislik fakültəsinin doktorantı Aslan Mansurovdur.
Belə ki, immunoterapiya bədənin ağ qan hüceyrələrini, əsasən də, T limfositlərini xərçəngə qarşı aktivləşdirən innovativ müalicə növüdür. İnterlikin-12(IL-12 ) T limfositlərinin böyümə və differensiyasına səbəb olan zülaldır və xərçənglə mübarizədə böyük potensiyala malikdir. Lakin, bu zülalın bir sıra yan təsirləri mövcud olduğundan insanlarda tədbiqi mümkünsüz idi. Alimlər, bu 2 zülalı genetik yolla dəyişdirib, onu sağlam orqanlara deyil, məhz xərçəng hüceyrələrinə yönəltməyə nail olub. Bu texnologiya yan təsirləri tamamilə aradan qaldırıb.
Öncəki tədqiqatlarda bu immunopreparat, toksikliyinə görə, birbaşa şiş nahiyyəsinə yeridilirdi. Bu isə, xərçəng xəstələri üçün bir sıra fəsadlara gətirib çıxarırdı. Yeni tədqiqatda, molekul qan dövrani sisteminə (venadaxili) yeridilib xərçəng hüceyrələrinə yüksək effektivliklə təsir göstərir.
Alimlər qeyd olunan molekulu bir il ərzində müxtəlif xərçəng növləri (dəri, süd vəzi, ağ ciyər) daşıyan siçanlarda yoxlayıblar və müalicəni alan sıçanların böyük hissəsi xəstəlikdən tamamilə sağalıb. Digər tərəfdən, xərçəngə qarşı ənənəvi mübarizə yollarından olan kimyəvi və şüa terapiyaları, eyni xərçəng növlərini daşıyan sıçanlarda heç bir təsir göstərməyib. Bu, tədqiqatçıların hazırladığı immunopreparatın standart müalicələrdən üstün olduğunu göstərir.
Qeyd edək ki, elmi qrupun üzvləri yaxın zamanda IL-12 preparatını insanlarda yoxlanılması barədə öz planlarını açıqlayıb.
Xatırladaq ki, Aslan Mansurovun elmi qrupunun rəhbəri Jeffrey Hubbell (link), bioloji materiyallar və biomühəndislik sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. Jeffrey Hubbell ABŞ-ın Milli Tibb Akademiyasının (National Academy of Medicine) və Milli Mühəndislik Akademiyasının (National Academy of Engineering) seçilmiş üzvüdur.
Son xəbərlər
Son Xəbərlər