Xərçənglə mübarizə aparan uşağın arzusunu yerinə yetirdi - Video

xercengle-mubarize-aparan-usagin-arzusunu-yerine-yetirdi
Oxunma sayı: 3522

Xalq artisti Röya Ayxan Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlarla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, məşhur sənətçi 15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilə bağlı belə bir addım atıb.

“Ayan Babazadənin ən böyük arzularından biri mənimlə görüşmək imiş. Buna biganə qala bilməzdim. Görüşümüz elə maraqlı keçdi ki. Onun üçün “Ayan” mahnısını oxudum, digər uşaqlarla birgə dedik, güldük, əyləndik. Hədiyyələrini verdik. Hisslərimi yazmaqda çətinlik çəkirəm. Bu gün həm də Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Onlarla bağlı arzularım çoxdur.  Hamınızı sağlam, ailənizin yanında görmək istəyirəm. Mənim balaca dostlarım, sizi sevirəm”, - R. Ayxan instaqramda yazıb.