Xerson atəşə tutuldu - Ölən və yaralananlar var

xerson-atese-tutuldu
Oxunma sayı: 1772

Rusiya ordusu Ukraynanın Xerson şəhərini raket atəşinə tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin açıqlayıb. 

Şəhərdə təqribən 20 partlayışın baş verdiyi bildirilir. İlkin məlumata görə, avtobus dayanacağının atəşə tutulması nəticəsində 6 nəfər həlak olub, daha 12 nəfər isə yaralanıb.