Xerson atəşə tutuldu - Yaralılar var

xerson-atese-tutuldu
Oxunma sayı: 1282

Rusiya ordusu Xerson vilayətinin Belozerka bölgəsini atəşə tutub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqramda məlumat verib.

“Rusiya ordusu Belozerkada yaşayış binalarını vurub. 6 mülki şəxs yaralanıb. Onların arasında 10 yaşlı uşaq da var”, - deyə Yermak qeyd edib.