Xerson atəşə tutuldu, işıqsız qaldı

xerson-atese-tutuldu-isiqsiz-qaldi
Oxunma sayı: 1222

Bu gecə Rusiya ordusu Ukraynanın Xerson şəhərini atəşə tutub.

“Qafqazinfo” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Xerson vilayəti Hərbi Administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç açıqlayıb.

Məlumata görə, Rusiya ordusu şəhərə artilleriya vasitəsilə zərbələr endirib.

Kütləvi hücumlar nəticəsində şəhərdə elektrik enerjisi kəsilib, eləcə də çoxmərtəbəli bina yanıb.