Xerson Moskva vaxtına keçdi

xerson-moskva-vaxtina-kecdi
Oxunma sayı: 2305

Ukraynanın Xerson vilayəti Moskva vaxtına keçib. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

Onun sözlərinə görə, Xerson vilayəti bu ildən etibarən qış vaxtına keçməyəcək. 

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyat zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib.