Xersonda rubl dövriyyəyə buraxılıb

xersonda-rubl-dovriyyeye-buraxilib
Oxunma sayı: 1682

Ukraynanın Xerson vilayətində rubl tam dövriyyəyə buraxılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

Onun sözlərinə görə, mayın 30-dan etibarən vilayət ərazisində bütün mağazalarda rubl və qrivna ilə alış-veriş etmək tələb olunur. 

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyat zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Vilayət mayın 28-i Moskva vaxtına keçib.