Xersonda Rusiyaya birləşməklə bağlı referendum keçiriləcək

xersonda-rusiyaya-birlesmekle-bagli-referendum-kecirilecek
Oxunma sayı: 1804

Xerson vilayətinin rəhbərliyi referendum hazırlıqlarına başlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin Hərbi-mülki Administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

Onun sözlərinə görə, referendum zamanı sözügedən regionun Rusiyanın tərkibinə qatılması məsələsi həll olunacaq:

“Bəli, biz referenduma hazırlaşırıq və biz onu keçirəcəyik. Qəribə səslənsə də, Xerson vilayəti Rusiyaya birləşmək barədə qərar qəbul edəcək, Rusiyanın tam hüquqlu subyekti olacaq”.