Xersonda Rusiyayönümlü administrasiya rəhbəri öldürüldü - Foto

xersonda-rusiyayonumlu-administrasiya-rehberi-olduruldu
Oxunma sayı: 2484

Rusiya tərəfindən ələ keçirilən Ukraynanın Xerson şəhərində avtomobil partladılıb.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, avtomobilin Rusiyayönümlü hərbi-mülki administrasiyanın gənclər siyasəti üzrə idarənin direktoru Dmitri Savluçenkoya məxsus olduğu bildirilib. 

İlkin məlumata görə, hadisə nəticəsində Savluçenko dünyasını dəyişib.