Rusiyalı müğənni Yulya Volkova woman.ru-ya müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, heç vaxt evlənməyən və iki uşaq anası olan müğənni müsahibəsində arzuladığı ideal kişi obrazından danışıb.
30 yaşlı Yulya kişi xarakterində malik olduğunu vurğulayıb:
“Məndə kişi xarakteri var. Çox adamın belə qadınlardan xoşu gəlmir. Rəsmi nikah, pasporta möhür boş şeylərdir. Münasibətlərin rəsmiləşməsi əbədi sevginin zəmanəti deyil. Mənim üçün önəmli olan mehriban olmağı, məni və uşaqlarımı sevməyidir. Səmimi və səxavətli kişilərdən xoşum gəlir.
Xəsis kişilərə dözə bilmirəm. Özüməməxsus romantika anlayışım var. Mənim “Bozun 50 çaları”ndakı kimi süprizlərdən xoşum gəlir. Kişilərin mənə sevgi ilə baxmasından xoşum gəlmir. Kişi kişi olaraq qalmalıdır. Onun gözlərində güc və xarakter olmalıdır”.








Son xəbərlər
Son Xəbərlər