“Xəstə deyildim, lüks şəraitdə istirahət edirdim”

xeste-deyildim-luks-seraitde-istirahet-edirdim
Oxunma sayı: 2656


“Qafqazinfo” nun Axşam.az-a istinadən məlumatına görə, müğənni artıq səhhətinin yaxşılaşdığını və yaradıclıq işləri ilə məşğul olmağa başladığını bildirib: 

“Hər insan mütləq ildə bir dəfə özünə belə istirahət verməlidir. Bir ay xəstəxanada müayinə olundum, yaxşıca dincəldim. Hamının diqqətinə çatdırım ki, mən xəstə deyildim, sadəcə, lüks şəraitdə istirahət edirdim. Kardioloqum Rəşad həkimin təkidi ilə xəstəxanaya yatırıldım. Telefonumu bağlayıb, hər şeydən uzaqlaşmışdım. Sənət dostlarım sağ olsunlar, məni orada da tək qoymadılar, tez-tez ziyarətimə gəlirdilər. İndi işimin başına qayıtmışam”. 

İ.Quliyeva həmçinin maraqlı layihə üzərində çalışdığını söyləyib: 

“Bu haqda Cavanşir Məmmədov məlumat verib. Çox ağır bir yükün altına girmişəm. Bir çox sənət adamını bir arada görəcəksiniz".