Xəstə olan Gəncə sakini özünü öldürüb

xeste-olan-gence-sakini-ozunu-oldurub
Oxunma sayı: 697

Gəncə şəhər sakini özünə kəsici alətlə xəsarət yetirərək öldürüb.

“Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Asif Qaraxanov yaşadığı evdə özünə şüşə parçaları ilə xəsarət yetirib.

A. Qaraxanov dərhal Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, A. Qaraxanov qaraciyər serozundan müalicə alırmış.

 Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.