“Mart ayının 1-də keçirilmiş buraxılış imtahanına hərarəti yüksək olanlar buraxılmamışdı. Yenə imtahanlarda eyni qayda tətbiq oluna bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O bildirib ki, xəstə şəxslər məsuliyyəti dərk etməlidir:
“Biz əvvəllər də suçiçəyi və digər yoluxucu xəstəliyi olan abituriyentləri imtahanlara buraxmamışıq. İndi də hər hansı narahatlığı olan şəxslərlə bağlı eyni qayda tətbiq oluna bilər. Əgər imtahanlar iki dəfə keçirilsə, həmin şəxslər ikinci dəfə iştirak edəcək. Yox, imtahanlar bir dəfə keçirilsə, biz onlara əlavə şərait yarada bilməyəcəyik”.
M. Abbaszadə onu da qeyd edib ki, martın 1-də keçirilmiş buraxılış imtahanın nəticələri onlayn qaydada yoxlanılıb: “Müəllimlər öz evlərində nəticələri dəyərləndirib. Artıq buraxılış imtahanının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna da başlanılıb”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər