“Xəstə övlad doğduğum üçün ailəsi mənə düşmən idi”

xeste-ovlad-dogdugum-ucun-ailesi-mene-dusmen-idi
Oxunma sayı: 2129

ARB TV-nin "Rezonans" verilişi bu dəfə Xudaverdi Verdiyev və Esmira Süleymanovanın həyat hekayəsini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, cəzası 8 il 6 ay olan Esmira Süleymanova ərini onu döydüyü üçün öldürdüyünü söyləyib:

“Anam evləndirdi bizi. Döyülürdüm. Yoldaşım işgəncə verirdi. Evdən çıxıb, anamla yaşamağa başladım. Yoldaşım fəhlə işləyirdi. Evə zənglər gəlirdi, başqa qızlarla danışırdı. Onların əsəbini məndən çıxırdı. Küsüb-barışırdıq tez-tez. Onu çox istəyirdim. İstəməzdim onu öldürüm. Saç ustası işləyirdim. Aramız dəymişdi və evdən getmişdim. Günlərcə barışmaq üçün arxamca düşdü. Söz verdi ki, daha vurmayacam. Barışdıq. Barışandan sonra yenə məni vurmağa başladı.

17 gün qaldım onunla və nəhayət dözmədim. Məni təpiklə durğuzub çay istəyirdi. Ayrılmaq istədiyimi deyəndə üstümə bıçaqla gəldi. Əlindəki bıçağı onun özünə vurdum. Bıçaq göbəyinə dəydi. Öləcəyini düşünmürdüm. Özüm ona kömək etdim, yarasını yudum, həkim çağırdım. Xəstə övlad dünyaya gətirdiyim üçün ailəsi mənimlə düşmən idi".