Xəbər verdiyimiz kimi, əməliyyatı Türkiyədə keçirmək mümkündür və bunun üçün 120 min manat tələb olunur. Teyfurun yoldaşları bununla bağlı sosial şəbəkələrdə və universitet daxilində kampaniyaya başlamışdılar.
“Qafqazinfo” xəbər verir ki, tələbə yoldaşlarının AZXEBER.COM-a verdiyi məlumata görə, Teyfurun əməliyyatı üçün tələb olunan 120 min manat tapılıb. Tələbə yoldaşları ianə yolu ilə 40 min toplayıb, yerdə qalan 80 min manatı isə iş adamlarından biri öz üzərinə götürüb.
Teyfur yaxın vaxtlarda əməliyyat üçün Türkiyəyə yola düşəcək.
Qeyd edək ki, Teyfurla bağlı AZXEBER.COM xəbər portalında 3 gün öncə 1 xəbər, 1 köşə yazısı yayımlanmışdı.
Azərbaycanlı tələbənin son ümid yeri sizsiniz - YARDIM EDİN
Teyfura və gələcəyimizə sahib çıxaq...
Son xəbərlər
Son Xəbərlər