Məşhur müğənni Selena Gomez “Diamond Blackfan Anemia” adlı nadir xəstəliyə tutulan azyaşlı pərəstişkarıyla görüşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı ifaçı sosial şəbəkələrdə fenomenə çevirilən Audrey Nethery ilə tanış olub, onlar “Love you like a love song” mahnısını duet şəklində ifa ediblər.
Amerikalı pop ulduz Audrey ilə rəqs etdiyi videonu rəsmi instaqram səhifəsində paylaşıb.
Həmin görüntülər bir saatda 1 milyon nəfər tərəfindən izlənilib.
Xatırladaq ki, Audreyin ən sevdiyi mahnı “Love you like a love song”dur. O, bir neçə dəfə bu mahnını ifa edərək sosial şəbəkədə paylaşmış, daha əvvəl isə hər kəs onu "Daun sindromu"na tutulmuş orta yaşlı bir qadın kimi tanıyırdı.
Son xəbərlər
Son Xəbərlər