Xəstəxanada döyüldüyü deyilən qazi ilə bağlı açıqlama

xestexanada-doyulduyu-deyilen-qazi-ile-bagli-aciqlama
Oxunma sayı: 3955

Sosial şəbəkələrdə Vətən müharibəsi qazisinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda döyülməsi haqda məlumat yayılıb.  

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı paylaşılan videoda deyilir ki, sağ ayağı və gözü protez olan qazi tibb müəssisəsinin iki mühafizəçisi tərəfindən fiziki şiddətə məruz qalıb. Görüntülərdə qeyd edilir ki, qazinin yaxınları xəstəxanaya gedərək hadisənin hansı səbəbdən baş verdiyini araşdırmağa çalışsa da, həmin mühafizəçiləri və xəstəxana rəhbərliyini tapa bilməyiblər. 

Hadisə ilə bağlı Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu ilə əlaqə saxladıq. İnstitutdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin qazi öz qohumunun müalicəsi ilə bağlı xəstəxanaya müraciət edib:

“O, digər vətəndaşların narazılığına baxmayaraq növbəsiz şəkildə qəbul şöbəsinin müdirinin otağına daxil olub. Vəzifə səlahiyyətlərini yerinə yetirən mühafizəçi ona növbə barədə məlumat vermək istəyib. Lakin bu zaman qazi mühafizəçiyə zərbə vurub. Orada olan şəxslərin köməkliyi ilə qazini sakitləşdirmək mümkün olub. Bununla bağlı akt da tərtib edilib. Eyni zamanda Nəsimi Rayon Polis Bölməsinin əməkdaşları məsələyə baxıb. Mühafizəçinin günahsız olduğu aydınlaşıb”.

Travmatalogiya və Ortopediya İnstitutundan eyni zamanda döyüldüyü deyilən mühafizəçinin fotosu da redaksiyamıza göndərilib: