Bloqqer Mehman Hüseynov “facebook” sosial şəbəkəsində “Masallı rayon xəstəxanasında sirli bir otaq” başlığı ilə maraqlı foto paylaşıb.
“Qafqazinfo”nun xəbərinə görə, şəkildən görünür ki, otağın birində böyük bir şkaf dayanıb və şkafın arxasında başqa balaca bir otağa giriş var. Bloqqer “Maraqlıdır, sizcə o gizli otaq nə üçündür?” - deyə, ironik şəkildə sual da verib.
Qeyd edək ki, foto sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Bəziləri hətta şkafın içərisində güzgü olduğunu, yəni digər tərəfdə qapı olmadığını iddia edir.
Son xəbərlər
Son Xəbərlər