Xəstəxanada şoka düşüb öldü

xestexanada-soka-dusub-oldu
Oxunma sayı: 2933

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 30-u saat 21 radələrində Şəmkir şəhər sakini, 1984-cü il təvəllüdlü Qoşqar Əliyev xəstəlik səbəbindən xəstəxanaya müraciət edib. Bir qədər sonra o, qəbul etdiyi dərmandan şoka düşərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.