Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Xətai rayonu ərazisində yerləşən xəstəxananın stomatoloji otağında tibb bacılarından birinin içərisində 400 manatı və sənədləri olan pulqabısını soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən şəxs Baş Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 37-ci Polis Şöbəsinə təhvil verilib.
Onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Əlizadə olduğu müəyyən edilmişdir.Xətai RPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər