Meksikanın “Dorados” klubunun eks-futbolçusu və məşqçisi Dieqo Maradona xəstəxanadan evə buraxılıb.
“Qafqazinfo” “Telam”a istinadən xəbər verir ki, Maradona səhhəti ilə bağlı açıqlama yayaraq heç bir probleminin olmadığını deyib: “Mən 58 yaşımda xəstəxanalıq oldum. Amma oranı 50 yaşlı kimi tərk etdim. Qorxulu heç nə yoxdur. Səhhətim ideal vəziyyətdədir”.
Xatırladaq ki, Maradona mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Son xəbərlər
Son Xəbərlər