Xəstəxanadan hava limanına...- - 780 manat

xestexanadan-hava-limanina-
Oxunma sayı: 2840


 “Qafqazinfo” xəbər verir ki, aksiyalardan toplanmış məbləğ hesabına artıq dünən Nərmin Hüseynli Mərkəzi Klinik xəstəxananın ambulansı vasitəsilə hava limanına aparıldı. Hazırda Nərmin İstanbul Memorial Xəstəxanasının reanimasiya şöbəsindədir. Bütün bunlar işin müsbət tərəfləri olsa da, ictimaiyyətin müzakirəsinə səbəb olan əsas məsələ Nərmini hava limanına aparan ambulansa 780 manat pul ödənilməsidir. 

Nəzərə alsaq  ki, son günlər Nərmin üçün başlanılan dəstək aksiyası və demək olar ki, bütün ölkənin bundan xəbərdar olmasına  baxmayaraq, Xəstəxananın Nərminə etdiyi bu "jest" etirazla qarşılanıb.

Məsələ ilə bağlı “Qafqazinfo” Mərkəzi Klinik Xəstəxanın direktoru Kamran Musayevlə əlaqə saxlayıb. Kamran Musayev Nərmin Hüseynli tanımadığını deyib:

“Onun müalicəsi üçün keçirilən aksiyadan xəbərim yoxdur. Hazırda əməliyyatdayam. Məsələni araşdırım, günortadan sonra danışarıq”

Qeyd edək ki, günorta saatlarında Kamran Musayevə bir neçə dəfə zəng vurmağımıza baxmayaraq o telefonlarımıza cavab vermədi .

 Günel