Xəstəxanaya getmişdi, qəfil öldü

xestexanaya-getmisdi-qefil-oldu
Oxunma sayı: 4185

Bakıda xəstəxanada qadın qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən özəl xəstəxanada baş verib.

Dünən saat 14 radələrində xəstəxanaya getmiş 1966-cı il təvəllüdlü Solmaz Məhəməli qızı Qoradayeva oturacaqda əyləşdiyi zaman ürək çatışmazlığından ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.