“Xətai İran Şahı olub” – - Rəsul Quliyev

xetai-iran-sahi-olub-
Oxunma sayı: 4543


“Qafqazinfo” xəbər verir ki, R. Quliyev bildirib ki, Şah İsmail Xətai tanınmış İran şahlarından biri olub: “Əsas məqsədi şiəçiliyi inkişaf etdirməklə hakimiyyətini gücləndirmək olub. Ona görə də dünyada yaşayan 1 milyard 400 min müsəlmanın 1 milyard 100 milyonu şiəçilik ideyasının, başqa sözlə Şah İsmail Xətainin əleyhinədir. Ondan 200 il sonra İranın Türk mənşəli, şərqin Napaleonu adlandırılan, həm də min illiyin ən qüdrətli sərkərdələrindən biri olan Nadir şah şiələrlə sünnilərin arasında müəyyən körpü yaratmaq, fundamentalizmdən uzaqlaşmaq istəyib. Ancaq terrorla öldürüldüyündən işini başa çatdıra bilməyib. Tarixi təhrif etmək olmaz. Şah İsmayılın müsbət cəhətləri ilə yanaşı düzgün olmayan addımlarını da qeyd etmək hökmən lazımdır. Mən analiz verəndə Ərdoğanın gördüyü işlə Gülənin işlərini müqayisə etmişəm. Şah İsmail Xətaiyə gələndə Ərdoğan nəinki ona nifrət edir və hətta şiələrin qırılmasında məmnuniyyətlə iştirak edir”.