Xətai rayonu qazsız qaldı

xetai-rayonu-qazsiz-qaldi
Oxunma sayı: 1347

Bakının Xətai rayonu ərazisində qaz xəttində sızma baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, baş verən qaz sızması nəticəsində Xətai rayonunun bir hissəsinə təbii qazın verilişi dayandırılıb:

“Hazırda ərazidə təmir işləri davam etdirilir. Yaxın saatlarda təmir işləri başa çatacaq və həmin ərazilərə təbii qazın verilişi bərpa ediləcək”.