Xətai rayonunda 23 minlik oğurluq

xetai-rayonunda-23-minlik-ogurluq
Oxunma sayı: 1783

Xətai rayonu ərazisində oğurluq olub. 

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən il dekabrın 25-də rayon ərazisindəki evlərin birində qeydə alınıb. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evdən 2320 manat oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.