Xətai rayonunda qaz kəsilib

xetai-rayonunda-qaz-kesilib
Oxunma sayı: 2071

Xətai rayonunda qazın verilməsində fasilə yaranıb.

Bu barədə “Qafqazinfo”ya rayon sakinləri məlumat verib. Bildirilib ki, ərazidə bir neçə saatdır ki, qaz verilmir.

“Azəriqaz” İB-nin mətbuat katibi Ceyhun Səfərov saytımıza bildirib ki, qaz təchizatının dayandırılması qaz kəmərində gedən təmir işləri ilə əlaqədardır: “Qaz İxrac İdarəsi ərazidə təmir işləri həyata keçirir. Belə ki, diametri 325 mm-lik “Qazanlar-Keşlə” magistral qaz kəmərinin üzərində olan istismara yararsız siyirtmənin dəyişdirilməsi işi həyata keçirilir. Ona görə də, rayonun bir neçə prospekt və küçəsində qazın verilməsində fasilə yaranıb. Axşam saatlarına kimi mavi yanacağın verilməsi təmin olunacaq”.