Xətai rayonunda su olmayacaq

xetai-rayonunda-su-olmayacaq
Oxunma sayı: 1625

Bakı şəhəri Xətai rayonu ərazisində magistral su xəttində qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəzanın aradan qaldırılması ilə əlaqədar 7 dekabrda gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.