Xətai rayonunda Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edildi

xetai-rayonunda-zerife-eliyevanin-100-illik-yubileyi-qeyd-edildi
Oxunma sayı: 1215

Aprelin 28-də Xətai Rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı və Respublika Perinatal Mərkəzinin birgə təşkilatçılığı ilə  görkəmli  oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirildi.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim  Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Respublika Perinatal Mərkəzində davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Zərifə xanım Əliyeva ümumilikdə 200-ə qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifidir. Tanınmış alim yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük töhfələr verib. Zərifə Əliyeva oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadındır.  Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir.