Gecə saatlarında “Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq “Əhmədli” yarımstansiyasında baş vermiş qısa qapanma nəticəsində avadanlıqlarda bir sıra fəsadlar yaranıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Xətai rayonunun Mehmandarov, Məhəmməd Hadi, Gəncə prospekti və s. yaşayış massivlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb. “Azərenerji” ASC və “Azərişıq” ASC əməkdaşlarının birgə operativ səyləri nəticəsində baş vermiş fəsadlar aradan qaldırılaraq yaxın bir saat ərzində elektrik enerjisi təchizatı tam bərpa olunacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq”ASC abonentlərindən üzr istəyir.
Son xəbərlər
Son Xəbərlər