Görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Xətai rayonunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, millət vəkilləri Hüseynbala Mirələmov, Hadi Rəcəbli, Yaponiyanın Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış “KOSUGİ ZOHEN” şirkətinin prezidenti Saki Kosuqi, həmin şirkətin məsul işçisi Andreas Hamachi Xətai rayonundakı Heydər Əliyev adına parkda olub, H. Əliyevin abidəsini ziyarət edib, abidənin üzərinə tər çiçəklər qoyublar.
Daha sonra tədbir iştirakçıları parkda yaradılan yapon bağına baxış keçirib, burada sakinlərin istirahəti üçün yaradılan şəraitlə tanış olublar. Həmçinin bağda dostluq rəmzi olaraq ağaclar əkilib.
Qeyd edək ki, 2015-ci ilin oktyabr ayında açılışı olmuş “Yapon bağı”nda qədim Yapon mədəniyyəti, folkloru və milli ornamentlərini əks etdirən atributlar, Tori qapısı və şəlalə quraşdırılmış, yapon mənşəli ağac və gül kolları əkilib.
Eyni zamanda Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibətilə Xətai rayonun bir sıra küçə və prospektlərində də ağacəkmə aksiyası keçirilib. Paytaxt Bakının ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən yaşıllaşdırma kampaniyasında 1500-dən çox ağac və dekorativ gül kolları əkilib. Rayonda ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasında mühüm rol oynayan yaşıllaşdırma aksiyalarında bundan sonra da ağac, gül və bəzək kollarının əkilməsi nəzərdə tutulur. Tədbirlər çərçivəsində Bakı Zığ şossesi boyunca iməclik də keçirilib. Rayonun idarə və təşkilatları, könüllülər, fəal gənclərin iştirak etdiyi kampaniyada ərazi məişət tullantılarından təmizlənib, alaq otları götürülüb, mövcud yaşıllıqlar sulanıb.










Son xəbərlər
Son Xəbərlər