Xətaidə evdən 20 min manatlıq oğurluq olub

xetaide-evden-20-min-manatliq-ogurluq-olub
Oxunma sayı: 2490

Xətai rayonu ərazisində mənzillərin birindən 14 000 manat pul və 6 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Şəadət Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.