Xətaidə möhtəşəm konsert - Fotolar + Video

xetaide-mohtesem-konsert
Oxunma sayı: 2891

Xətai rayonunda  Heydər Əliyev adına  parkda Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə  möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Aydın Mirzəzadə, Tahir Rzayev, Tahir Mirkişili, aprel qazisi Anar Məmmədov,   rayonun idarə və müəssisə rəhbərləri, rayon sakinləri iştirak ediblər.

Səhnəyə bir-birindən maraqlı çıxışları ilə izdihamı coşduran tanınmış müğənnilər çıxıb, daha sonra möhtəşəm  atəşfəşanlıq olub.

Tədbir iştirakçıları  incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığa maraqla tamaşa ediblər.

Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Bu gün Xətai rayonunda  on milyonuncu vətəndaşımıza həsr olunan ağacəkmə aksiyası da keçirilib.

Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev, hüquq mühafizə orqanlarının,  idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, təsərrüfat xidmətləri işçiləri iştirak ediblər.

500 nəfərin iştirak etdiyi iməcilikdə 600-dən çox ağac əkilib.