Xətaidə sürüşmə sahəsində bərpa işləri gedir

xetaide-surusme-sahesinde-berpa-isleri-gedir
Oxunma sayı: 637

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib. Onun sözlərinə görə, layihələrdə 63 və 65 saylı binaların qarşısında istinad divarlarının tikilməsi və sürüşmə kütləsinin bərkidilməsi nəzərdə tutulur.
Ş. Niftiyev bildirib ki, son bir həftə ərzində bu sürüşmə sahəsində tam stabillik müşahidə edilir. Ərazidə mühafizə tədbirlərinin görülməsinə başlanılıb.

“Bizim təklif etdiyimiz 8 tədbirdən bəziləri artıq başa çatdırılıb. Əraziyə daxil olan qrunt sularının qarşısı tam alınıb. Sahədə yaranmış catların doldurulması və ərazidəki artıq yükün götürülməsi yekunlaşıb. Sürüşmə sahəsinin bir hissəsində olan su boruları tamamilə ləğv edilib. Hazırda ərazidə təhlükəli proses müşahidə edilmir” - baş mühəndis bildirib.