Xətaidə yanğın olub

xetaide-yangin-olub
Oxunma sayı: 850

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.