Tovuz rayonu, İbrahimhacılı kənd sakini Fəxrəddin Paşayev kəndin elektrik enerjisi təminatında problem yaşandığı üçün redaksiyamıza müraciət edib.
Şikayətçi “Qafqazinfo”ya bildirib ki, kəndin elektrik xətləri ağacların budaqları arasında qaldığından külək əsən zaman elektrik kəsilir:
“Bir az külək əsən kimi işıqlar sönür, biz kənd sakinləri də əziyyət çəkirik, qaranlıqda qalırıq. Dəfələrlə müraciət etsək də, “Azərişıq” ASC-nin işçiləri bunlara göz yumur”.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən şikayətlə bağlı “Qafqazinfo”ya bildirilib ki, məsələ nəzarətə götürülüb, kənddə lazımi tədbirlər görüləcək.
***
“Azərişıq” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, artıq elektrik dirəklərinin olduğu ərazilərdə ağaclar budanıb.
Günel Hacı


Son xəbərlər
Son Xəbərlər