16 il əvvəl öldürülən məşhur terrorçu Əmir ibn Əl-Xəttabın öldürülməsinin təfərrüatları məlum olub.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Xəttaba zəhərli məktub vasitəsilə sui-qəsd edildiyi üzə çıxıb. Bildirilir ki,dağlarda gizlənən terrorçu kənar şəxslərlə yalnız məktub vasitəsi ilə əlaqə saxlayıb və bu məktubları çatdıran kuryerləri izləmək mümkün olmayıb. Xəttabın öldürülməsinə görə mükafat təyin edildikdən sonar kuryerlərdən biri xüsusi xidmət orqanlarının əməkdaşları ilə çalışmağa razı olub.
O, 2002-ci ilin mart ayında Xəttaba Səudiyyə Ərəbistanından məktub gəldiyini bildirib və xüsusi xidmət orqanlarından əmr gözləyib. Təcili olaraq Moskvadan gələn zəhərləyici maddələr üzrə mütəxəssislər məktub üzərində işləyərək kağıza zəhərli maddə əlavə ediblər. Kimyaçılar kuryeri şübhə altında qoymamaq üçün zəhərin 1-3 gün ərzində təsir etməsini nəzərdə tutublar. Xəttabın mühafizəçisi istintaq zamanı bildirib ki, terrorçu məktubu oxuduqdan sonra yandırıb. Maddə isə 3 gündən sonra təsirini göstərməyə başlayıb və o, 2002-ci il martın 20-də ölüb.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər