Xəyalə qalaya əriylə gəldi - “Taksi Liza” təqdim olundu

xeyale-qalaya-eriyle-geldi
Oxunma sayı: 4584

Ötən gün Azərbaycan istehsalı olan “Taksi Liza” filminin premyerası baş tutub.  “Qafqazinfo” xəbər verir ki, komediya janrında çəkilən ekran işinin qala gecəsi “CinemaPlus”da reallaşıb. 

Layihədə aktyor Fərda Amin, aktrisalar Xəyalə Quliyeva, Zemfira Əbdülsəmədova, xalq artisti Cəfər Namiq Kamal və başqaları rol alıb. Filmin rejissoru isə Rövşən Ağayevdir.

Tədbir ənənəvi olaraq kino qəhrəmanlarının qırmızı xalça keçidindən sonra start götürüb. 

Qala gecəsinə baş qəhrəman Xəyalə Quliyeva 15 illik həyat yoldaşı Yusif Musayevlə birgə gəlib. Onlar kameralara poza verdikdən sonra, mətbuat üzvlərinin suallarını cavablandırıb. Bundan sonra isə filmin nümayişi baş tutub. 

Fotolar: Nuran Məmmədov