Müğənni Sinan Akçıl sevgilisi Ebru Şallıya xəyanət etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni İstanbuldakı restoranların birində görüntülənib, çıxışdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Akçıl Müjde Uzmanla sevgili olmadığını söyləyib:
“Yazırlar ki, guya, aktrisa Müjde Uzmanla sevgiliyəm. O, mənim dostumdur, yanımda gördüyünüz hər kəs sevgilim ola bilməz, xəyanət etməmişəm. Biz, Ebru ilə 1,5 ay əvvəl yollarımızı ayırmışıq”.


Son xəbərlər
Son Xəbərlər