“Dünya sivilizasiyasını, bəşər xəzinəsini çoxsaylı elm və sənət nümunələri, misilsiz mədəniyyət abidələri, qüdrətli qələm dahiləri ilə zənginləşdirən Azərbaycan xalqının ağır faciəli məqamları, sarsıdıcı böhranları məhz 90-cı illərin əvvəllərinə təsadüf edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində 15 İyun Qurtuluş Günü ilə bağlı müsahibəsində nəqliyyat naziri Ziya Məmmədov deyib. O, bildirib ki, 1993-cü ilin iyun ayının əvvəllərində Azərbaycanda yaranan son dərəcə ağır və böhranlı vəziyyət heç bir tarixi şəraitlə müqayisəyə gəlmir: “Həmin vaxt Azərbaycan xalqı min bir əzabla, əziyyətlə qazandığı müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan xalqı milli süqut, iflas mərhələsinə daxil olmuşdu. Daxili və xarici qüvvələrin təsiri altında baş qaldıran "Sadval", "Talış-Muğan" separatizmi, bu qanlı separatizmə məkrlə dəstək verənlərin xəyanətkar əməlləri Azərbaycanı diz çökdürmüşdü. Azərbaycan xalqı öz tarixinin ən faciəli "ölüm-qalım mərhələsi"ni yaşayırdı. Və bu dəhşətli tarixi şəraitdə bütün ümidlər Naxçıvana, böyük dövlət xadimi Heydər Əliyevə idi. Xalqımız Azərbaycanın yeganə xilas yolunu Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görür, təkidli, çoxsaylı çağırışlarla onu gözləyirdi. Bu böyük ümumxalq inamını, etibarını, etimadını Heydər Əliyev Azərbaycan xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı. Ümumiyyətlə, Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğur və nailiyyətlər birbaşa Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın bir sıra ciddi problemləri həllini tapdı. Azərbaycan ən əvvəl vətəndaş müharibəsi təhlükəsindən-daxili parçalanmadan, sonra isə beynəlxalq aləmdən təcrid olunmaqdan xilas oldu. Ötən 14 ildə respublikada baş verənləri tək-tək sadalamağa ehtiyac yoxdur. Böyük zəhmət, gərgin fəaliyyət sayəsində başa gələn daxili sabitlik, ictimai-siyasi sakitlik, sosial inkişaf və nəhayət, olduqca böyük iqtisadi tərəqqi...”.
Son xəbərlər
Son Xəbərlər